Gültəkin Hacıbəyli saxlanıldıbackend

Gültəkin Hacıbəyli saxlanıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sabiq deputat, Milli Şuranın üzvü Gültəkin Hacıbəyli saxlanılıb.

NOCOMMENT qafqazinfo-ya istinadən xəbər verir ki, o, xaricdən ölkəyə qayıdarkən Bakı hava limanında tutulub. İlkin məlumata görə, ötən ay onun barəsində Nəsimi Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında şikayət daxil olub.

Gültəkin Hacıbəyli barəsində Cinayət Məcəlləsinin 147.2 (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə cinayət işi başlanıb.

G.Hacıbəyli hava limanında saxlanılarkən məlum olub ki, o, məhkəmə tərəfindən axtarışa verilibmiş.

Sabiq deputat Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən məhkəməyə aparılıb. Daha sonra ifadəsi alınaraq sərbəst buraxılıb.