Gültəkin Hacıbəylidən kim və niyə şikayət edib?backend

Gültəkin Hacıbəylidən kim və niyə şikayət edib?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gültəkin Hacıbəyli barəsində həbsli axtarış qərarının səbəbi xüsusi ittiham qaydasında Leyla Arif adlı şəxsin müraciəti olub.

NOCOMMENT xəbər verir ki, bu barədə Gültəkin Hacıbəylinin vəkili Bəhruz Bayramov sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, şikayətçi Leyla Arif Gültəkin Hacıbəylini sosial şəbəkədə Azərbaycan türklərini, azərbaycanlıları təhqir etməkdə ittiham edir.

Vəkil Gültəkin Hacıbəylinin 2-3 aydır ölkədə olmadığını vurğulayıb: “Övladı xaricdə təhsil aldığı üçün onun yanında olub. Ona görə də bildiriş onun mənzilinə çatmayıb. Bu səbəbdən hakim şikayəti icraata götürüb. Telefonuna da məhkəmə ilə bağlı hər hansı mesaj daxil olmayıb və o, axtarışa verilib.

O, xaricdən gələndə hava limanında saxlanıldı. Əvvəl polis idarəsinə, sonra isə Nəsimi Rayon Məhkəməsinə aparıldı. Məhkəmədə bu müddət ərzində onun xaricdə olduğu nəzərə alınaraq axtarış qərarı ləğv olundu. Amma hazırda məhkəmə prosesi davam edir”.

B.Bayramov qeyd edib ki, dayandırılmış icraat yenilənərək, hakim Elməddin Hüseynovun icraatında olan iş üzrə məhkəmə prosesi dekabrın 8-nə təyin olunub.