Gülüstan Əliyeva: Ermənilər yoldaşımın qəbrini qazıb cəsədi çıxarıblar – VİDEObackend

Gülüstan Əliyeva: Ermənilər yoldaşımın qəbrini qazıb cəsədi çıxarıblar – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

30 ildən sonra şəhid həyat yoldaşı – Zahid Əhmədovun Cəbrayıl rayonundakı məzarını ziyarət edən Əməkdar artist Gülüstan Əliyeva onun qəbrinin ermənilər tərəfindən dağıdıldığını açıqlayıb.

NOCOMMENT modern.az-a istinadən xəbər verir ki, bu barədə müğənni “Bizimləsən” proqramında danışıb. Əliyevanın sözlərinə görə, ermənilər təkcə insanlara yox, torpağa, qəbirə də təcavüz edib: “Bütün qəbirlər dağıdılıb. Müqəddəslərin qəbrinin altını üstünə çeviriblər. Yoldaşımın başdaşı yaşıl mərmərdən idi. Başdaşı dağıdılmışdı, amma bir qırıq yaşıl mərmər qalmışdı. Onunla tapdım”.

O bildirib ki, ermənilər sağ ikən həyat yoldaşının başına pul qoyubmuşlar: “Onu tanıyırdılar. O vaxtkı Hadrutun prokurorunun oğlunu öldürmüşdü. Ermənilər onu öldürmək üçün başına pul qoymuşdular. Ona görə də onun qəbrini dağıdıblar. Bütün qəbirlər bir tərəfdən oyularaq açılıb… Vəhşi erməninin əməlidir ki, qəbirləri açıb dəfn olunanları çıxarıblar. Dəmir parçaları atmışdılar ki, cəsədləri çıxarsınlar. Yoldaşımın da qəbrində böyük oyuq var idi, eləydi. Müsəlmanlarda cəsəd çiyniüstə dəfn olunur. Məhz o tərəfdən qazılıb və çıxarılıb”.

Xatırladaq ki, polis zabiti oaln Z.Əhmədov 1991-ci ildə Qarabağ müharibəsində şəhid olub.