3794 metr hündürlükdə buz və qarla örtülmüş Erebus dağındakı vulkanın digər vulkanlardan fərqləndirən və heyranedici cəhətlərindən biri onun qızıl püskürməsidir.
NOCOMMENT.az Ölkə.az-a istinadən xəbər verir ki, vulkanın ətrafa səpdiyi qazların tərkibində qızıl kristallar mövcuddur. Vulkan açıq şaxta kimi fəaliyyət göstərir və gündə orta hesabla 80 qram qızıl tozu buraxır. Bu qiymətli tozun gündəlik dəyəri 6 min dollar həcmində olduğu təxmin edilir.
Bu qızıl tozları min dərəcə istilikdə qaz vasitəsilə səthə çıxsa da, lavanın qabıqlı səthində kristallaşır.
Nyu Meksiko Mədən və Texnologiya İnstitutunun mütəxəssisi Filip Kayl Erebusda qızıl əmələ gəlməsinin səbəbini digər aktiv vulkanlarla müqayisədə sakit quruluşu sayəsində baş verməsi ilə izah edib.
Bu xüsusiyyət Erebus həm elm adamları, həm də mədən sənayeçiləri üçün cəlbedicidir.
Qeyd edək ki, Erebus dağı Antarktida yerləşir və bu vulkan ilk dəfə 1841-ci ildə kapitan Ceyms Klark Ross tərəfindən kəşf edilib. Dağdakı vulkan 1972-ci ildə yenidən aktivləşib.