Gündə bir yumurta yesək orqanizmdə nə baş verər?backend

Gündə bir yumurta yesək orqanizmdə nə baş verər?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yumurtanın insan orqanizminə faydalarını uzun müddət araşdıran Çin və İngilis alimləri önəmli nəticələr əldə ediblər. Araşdırmalardan bəlli olub ki, hər gün bir yumurta ürək-damar xəstəliklərinə tutulma və iflic olma riskini aşağı salır.

NOCOMMENT.az xəbər verir ki, uzun illərdən bəri mütəxəssislər yumurtanın tərkibində xolestrolun olduğunu və bunun orqanizmə pis təsir etdiyini söyləsələr də, yeni araşdırmalar bunun əksini sübut edir.

Alimlər araşdırma müddətində 30-79 yaş arası insanların qida rasionunu müşahidə edərkən yumurtanın insan orqanizmi üçün faydalı olduğunu öyrəniblər. Mütəxəssislərin sözlərinə görə yumurta özündə vitamin və proteyinlər ehtiva edir.