Gündəmi zəbt edən avtomobil qəzası ilə bağlı sürücünün ailə üzvü: “Qıcolma keçirib”backend

Gündəmi zəbt edən avtomobil qəzası ilə bağlı sürücünün ailə üzvü: “Qıcolma keçirib”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gündəmi zəbt edən avtomobil qəzasının baş verməsinə səbəb sürücü Anar Nəcəfovun qıcolma keçirməsi olub.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Oxu.Az-a sürücü Anar Nəcəfovun gəlini Münəvvər Nəcəfova məlumat verib.

O bildirib ki, Anar Nəcəfovun ayağında qıcolma var idi:

“Qəzaya səbəb qaynatamın qıcolma keçirməsi olub. Arada evdə də tuturdu. Maşın sürdüyü yerdə qıcolma tutub, ayaq qazda qalıb. Qaynatam deyir ki, şoka düşdüm, canımın ağrısından qışqırdım”.

Münəvvər Nəcəfovanın sözlərinə görə, ayrı-ayrı şəxslər tərəfindən Anar Nəcəfovun adından yardım etmək adı ilə pul yığılır:

“Orada-burada başqa insanlar qaynatama kömək üçün yalandan kart hesabı açıb, yardım etmək istəyən insanların pulunu mənimsəyirlər. Onların heç birinin bizə aidiyyəti yoxdur”.

O, Anar Nəcəfovun üç gün idi sürücü olaraq fəaliyyət göstərdiyini söyləyib:

“Qaynatam üç gün idi taksi sürücüsü kimi işləyirdi. Sertifikatının olub-olmaması, maşının özünə aid olub-olması barədə məlumatım olmadığına görə heç bir şey deyə bilməyəcəm. Yayılan digər şayiələrin heç biri barəsində heç nə bilmirəm. Bu ailəyə yeni gəlin gəlmişəm. Yalandan nəisə demək istəmirəm”.