Günel Səfərova: “Bullinq nəticəsində insan həyatını itirə bilər”backend

Günel Səfərova: “Bullinq nəticəsində insan həyatını itirə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məktəblərdə bullinq haqqında maarifləndirmə işləri aparılır. Bu, dərs vəsaitlərində, hekayələrdə öz əksini tapır.

NOCOMMENT.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsi rəisinin müavini Günel Səfərova “Mediada kiberbullinqə qarşı effektiv mübarizə və kibermaarifləndirmə” mövzusuna həsr olunmuş panel sessiyada bildirib.

Onun sözlərinə görə, Elm və Təhsil Nazirliyi kiberbullinqlə mübarizə aparır və burada miqyas çox böyükdür. Söhbət 4500 məktəbdən, 1 milyon 600 mindən çox şagirddən gedir. Son illərdə məktəblərdə 5 mindən çox müəllim bullinqlə bağlı maarifləndirilib. Bununla bağlı konkret layihə var. Bullinq ona görə problemdir ki, onun nəticəsində insan həyatını itirə bilər.

Günel Səfərova bildirib ki, bəzi hallarda kiberbullinqi edənlərin kimliyini müəyyənləşdirmək çətinləşir:

“Çünki burada adətən saxta profillərdən istifadə olunur. Kiberbullinqə səbəb olan məqamlardan biri də kibertəhlükəsizlik qaydalarına əməl olunmamasıdır. Bu məsələdə “Məktəblinin dostu” layihəsi vasitəsilə də işlər davam edir. “Yeni layihəmiz 238 məktəbi əhatə etsə də, 78-ində aktiv şəkildə fəaliyyət göstərir. Digərlərində isə monitorinq fəaliyyətini həyata keçirdir. Gələcəkdə təkcə Bakı, Abşeron, Sumqayıt da deyil, regionlarda da monitorinq fəaliyyətinə başlamaq istəyirik”.

Qeyd edək ki, mayın 3-də Bakıda Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən “İctimai proseslər media müstəvisində” mövzusunda Forum çərçicəsində “Mediada kiberbullinqə qarşı effektiv mübarizə və kiber maarifləndirmə” mövzusunda panel sessiya təşkil edilib.