Günel Zeynalova məşhur iş adamına od püskürdü: Onunla sevgili deyiləm, xəyal görür – FOTObackend

Günel Zeynalova məşhur iş adamına od püskürdü: Onunla sevgili deyiləm, xəyal görür – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Müğənni Günel Zeynalova eşq iddialarına cavab verib.
NOCOMMENT.az bildirir ki, ifaçı iş adamı Gökhan Göz ilə haqqında çıxan xəbərləri təkzib edib. O, jurnalistlərə açıqlamasında iş adamını tanımadığını bildirib.
“Gökhan bəy xəyal görür deyəsən. Gündəmə gəlmək üçün adımdan istifadə edib, belə bir şey yoxdur. Bu zamana qədər həm səsim, həm də duruşumla var oldum. Bu saatdan sonra da belə çirkin vəziyyətlərin içində olmaq istəmirəm”, – deyə Zeynalova əlavə edib.
36 yaşlı müğənni, həmçinin Gökhan Gözün onun konsertlərindən birinə gəldiyini və çiçək göndərdiyini deyib: 
“Ondan sonra “eşq yaşayırıq” deyə fikirlər səsləndirib. Məni minlərlə insan dinləməyə gəlir, onun etdiyi böyük hörmətsizlikdir. Tamamilə yalandır”.