Tətbiqi Geofizika İnstitutunun alimləri Günəşdə güclü M sinifli məşəl qeydə alıblar.
NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
Ekspertlərin fikrincə, M3.2 alovu Moskva vaxtı ilə saat 11:21-də Günəşin kənarında qeydə alınıb – onun müddəti 13 dəqiqə olub.
Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası və Rusiya Elmlər Akademiyasının Sibir bölməsinin Günəş-Yer Fizikası İnstitutundan bildiriblər ki, məşəl Yer planetinə təsir göstərməyəcək. Aktiv bölgənin həftə ortasına kimi aktivləşərək Yerə təsir etməyə başlaması ehtimalı hələ də çox azdır.