Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu və Günəş–Yer Fizikası İnstitutunun Günəş astronomiyası laboratoriyasının alimləri avqustun 28-də Günəşin şimal yarımkürəsində iri plazma tullantıları qeydə alıblar.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.
Laboratoriyanın məlumatına görə, aktiv zonalar hələlik birbaşa Yerə yönəlməyib və planet üçün təhlükə yaratmır.
Bununla belə, alimlər baş verənləri olduqca gərgin proses adlandırırlar. Yalnız son sutka ərzində azı yüz yeni Günəş ləkəsi müşahidə olunub. Bundan əlavə, 25 avqust 2025-ci ildə Günəşdə ardıcıl iki M sinifli partlayış qeydə alınıb. Onların gücü M4.6 səviyyəsinə çatıb ki, bu da beşballıq təsnifat üzrə dördüncü pilləyə uyğundur.
Bu il Günəşdə ən böyük plazma tullantısı 25 fevral 2025-ci ildə baş verib. Həmin hadisə zamanı kosmik koronoqraflar böyük plazma buludunu qeydə almış və prosesin sonunda plazma kosmosa yayılmışdı.