Günəşdən başqa D vitamini ala biləcəyiniz qidalarbackend

Günəşdən başqa D vitamini ala biləcəyiniz qidalar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

D vitamini bədənimizin fəaliyyəti üçün vacibdir və onun ən böyük mənbəyi Günəşdir. Yaş irəlilədikcə bədənə qəbul edilməli olan D vitamini miqdarı da artır.

NOCOMMENT xəbər verir ki, bu səbəbdən D vitamini ehtiva edən qidaları günəş işığı ilə birlikdə istehlak etmək yorğunluq, saç tökülməsi, oynaq ağrıları, zəif immunitet, zəif sümüklər və yuxusuzluq kimi mənfi əlamətlərin qarşısını alır.

Tərkibində d vitamini olan qidalar qəbul etmək vitamin ehtiyacımızı qismən də olsa qarşılayır: göbələk, kartof, yulaf, yumurta sarısı, gicitkən, pendir, cəfəri, qatıq, yağ, qırmızı ət, skumbriya və sardina, toyuq, süd, ayran, tuna, qızılbalıq tərkibində d vitamini olan qidalardandır.