Günəşə bənzəyən hər 5 ulduzun orbitində Yer kürəsinə bənzər bir planetbackend

Günəşə bənzəyən hər 5 ulduzun orbitində Yer kürəsinə bənzər bir planet

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Samanyolu qalaktikasında Günəşə bənzəyən hər 5 ulduzun orbitində Yer kürəsinə bənzər bir planetin olma ehtimalı söylənilib.

NOCOMMENT.az xəbər verir ki, “Science Daily” yazıb ki, 2018-ci ildə yanacağın bitməsilə işi sona çatan Kepler Kosmos Teleskopunun məlumatını toplayan Kanada “British Columbia” universitetinin astronom alimləri Samanyolunda Günəş kimi G tipli ulduzların orbitində həyat üçün əlverişli qurşaqda planetlərin ola biləcəyini izah ediblər.

Elmi qrupun üzvü Mişel (Michelle) Kunimoto hesablamanı hər G tipli ulduz üçün 0,18 Yür kürəsinə bənzər planet üzərindən əldə etdiklərini söyləyib.

Digər astronom Ceymi Metüz (Jaymie Matthews) isə bunları əlavə edib: “Samanyolunda 400 milyarda qədər ulduz var. Onların 7 faizi G tipi sinifinə aiddir ki, bu 6 milyarda qədər Yür kürəsinə bənzər planet deməkdir. Başqa sözlə desək, Günəşə bənzəyən hər 5 ulduzun orbitində Yer kürəsinə bənzər planetin olma ehtimalı var.”

Araşdırmanın ayrıntıları “The Astronomical Journal”da dərc olunub. TRT Azərbaycan