Güney Azərbaycanda ümummilli aksiya təyin olundubackend

Güney Azərbaycanda ümummilli aksiya təyin olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın Güneyində türk milləti dekabrın 12 (21 Azər) bazar ertəsi günü ümummilli aksiyaya hazırlaşır.

NOCOMMENT xəbər verir ki, bu barədə MOUZE teleqram kanalı məlumat yayıb.

Qeyd edilib ki, dekabrın 12 (21 Azər ) Pəhləvi ordusu tərəfindən minlərlə azərbaycanlının qanının tökülməsinin və Seyid Cəfər Pişəvəri başda olmaqla Azərbaycan milli hökumətinin süqutunun ildönümüdür.

Məlumata görə, ümummilli aksiyanın davamında Azərbaycan gəncləri dekabr 12 (21 Azər) və Azərbaycan milli hökumətinin xatirəsini “Milli hökumətin ədalət azadlığı” şüarı ilə yad etməyi planlaşdırır. Bu baxımdan Azərbaycanın Güneyində milli və azad universitetlərin tələbələri bu milli aksiyaya geniş tətillə qatılacaq və dərslərə getməyəcəklər.