Gürcü müxalifəti hakimiyyətə 24 saat vaxt verdibackend

Gürcü müxalifəti hakimiyyətə 24 saat vaxt verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcü müxalifəti hakimiyyətə sabiq prezident Mixail Saakaşvilinin mülki klinikaya köçürülməsi üçün 24 saat vaxt verib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Saakaşvilinin saxlanıldığı Rustavi türməsinin qarşısında keçirilən aksiyada Vahid Milli Hərəkat Partiyasının sədri Nika Meliya danışıb.

“Biz Saakaşvilinin şəhər xəstəxanasına köçürülməsi üçün hakimiyyətə 24 saat vaxt veririk. Əgər bu tələb icra edilməsə, biz 20:00-da bütün Gürcüstanda Azadlıq meydanlarına toplanacağıq”.

Siyasətçi qeyd edib ki, Tiflisdə genişmiqyaslı aksiyalar keçiriləcək.

“Digər şərtlərimiz paytaxtdakı Azadlıq meydanında keçirəcəyimiz mitinqdə elan ediləcək”, – o bildirib.

Qeyd edək ki, Mixail Saakaşvili 37-ci gündür aclıq edir. Hakimiyyət onun bal, sıyıq və şirə qəbul etdiyi, buna görə də səhhətinin təhlükəli olmadığını bildirsə də, vəkilləri və həkimlər Saakaşvilinin vəziyyətinin qənaətbəxş saymırlar. Ötən gün türmə xəstəxanasına keçirilən baxışda da Saakaşvilinin müalicəsi üçün lazım olan avadanlıqların olmadığı üzə çıxmışdı.
Axar.az