Gürcüstan ABŞ-ın Ukraynada sülhə nail olmaq səylərini dəstəkləyirbackend

Gürcüstan ABŞ-ın Ukraynada sülhə nail olmaq səylərini dəstəkləyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstan ABŞ-ın Ukraynada sülh danışıqlarına başlamaq səylərini tam dəstəkləyir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə jurnalistlərə ölkənin baş naziri İrakli Kobaxidze məlumat verib.

“Biz Amerika Birləşmiş Ştatlarının hakimiyyət orqanlarının [Ukrayna üzrə] sülh planını dəstəkləyirik və onun tezliklə uğurlu olacağına ümid edirik”, – deyə Kobaxidze bildirib.

Bu baxımdan, Kobaxidzenin sözlərinə görə, Gürcüstan BMT-də Ukrayna ilə bağlı qətnamənin məhz Amerika variantını dəstəkləyib və onun həmmüəllifi olub.

Fevralın 24-də BMT Təhlükəsizlik Şurası Amerikanın Ukrayna münaqişəsinə dair qətnaməsinə səs verib. Sənəd ilkin formada qəbul edilib, Təhlükəsizlik Şurası həm Avropa ölkələrinin anti-Rusiya düzəlişlərini, həm də Rusiyanın təklif etdiyi Ukrayna böhranının qiymətləndirilməsinə aydınlıq gətirmək məqsədi daşıyan dəyişiklikləri rədd edib.