Gürcüstan ABŞ münasibətlərinə yenidən baxılmalıdırbackend

Gürcüstan ABŞ münasibətlərinə yenidən baxılmalıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstan ilə ABŞ arasında mövcud olan münasibətləri müəyyən şəxslər və qüvvələr korlayıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə jurnalistlərə Gürcüstanın Baş naziri İrakli Kobaxidze məlumat verib.

“Birləşmiş Ştatlardan maliyyə dəstəyi alan gürcü Qeyri-Hökumət Təşkilatları 2020-2021-ci illərdə ölkədə iki dəfə inqilab etməyə çalışıb. Bu il isə 3-cü cəhdin şahidi olduq. Ona görə də hesab edirəm ki, Gürcüstanla ABŞ arasında olan münasibətlərə yenidən baxılmalıdır”, – deyə o bildirib.

Baş nazir bu məsələnin ABŞ-nin Gürcüstandakı səfiri ilə müzakirə etdiyini bildirib. Qeyd edib ki, ABŞ-nin Gürcüstandakı sabiq səfirinin dövründə əlaqələrə ciddi zərbə vurulub, ona görə də iki ölkə arasındakı münasibətlər yenidən nəzərdən keçirilməlidir.