Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili bildirib ki, Avropa İttifaqına (Aİ) üzvlüyə nail olmaq üçün konkret fəaliyyət planı olan sənəd baxılmaq üçün Avropa Komissiyasına göndərilib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Gürcüstanın “Pirveli” nəşri məlumat yayıb.
Gürcüstanın xarici işlər naziri jurnalistlərlə görüşdə Avropa İttifaqının xarici və təhlükəsizlik siyasəti ilə yaxınlaşmanı sənədin əsas komponentlərindən biri adlandırıb.
“Gürcüstan ümumilikdə Avropa İttifaqının xarici siyasətinə uyğundur, baxmayaraq ki, bizim xarici siyasətimiz prizmasından baxıldıqda ölkəmizin ərazi bütövlüyü və suverenliyi üçün risklər ehtiva edən həssas məsələlər var”, – Darçiaşvili bildirib.
O, dezinformasiya ilə mübarizə üçün kommunikasiya strategiyasının qəbulundan, həmçinin Gürcüstanda siyasi qütbləşmənin yumşaldılması və müxalifətin qanunvericilik prosesinə daha fəal cəlb edilməsi planlarından danışıb.