Gürcüstan Azərbaycan-Ermənistan sərhədindəki gərginliklə bağlı bəyanat yaydıbackend

Gürcüstan Azərbaycan-Ermənistan sərhədindəki gərginliklə bağlı bəyanat yaydı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstan prezidenti Salome Zurabişvili Azərbaycan-Ermənistan sərhədindəki gərginliklə bağlı bəyanat yayıb.

NOCOMMENT.az xəbər verir ki, Salome Zurabişvili bəyanatda bölgədə sülh və təhlükəsizliyin önəmli olduğunu bildirib.

O, bu gün gözəgörünməz düşmənlə birgə mübarizə aparılan bir dövrdə beynəlxalq həmrəylik və qlobal sabitliyin saxlanılmasının əhəmiyyətli olduğunu qeyd edib:

“Bölgəmizdə sülh və sabitlik həm Gürcüstan, həm də dost və tərəfdaş ölkələr – Azərbaycan və Ermənistanın gələcək inkişafı və tərəqqisi üçün önəmlidir”

Prezident zamanında lazımi addımların atılacağına və sülh danışıqları yolu ilə vəziyyətin gələcək eskalasiyasına yol verilməyəcəyinə ümid etdiyini bildirib.