Gürcüstan Azərbaycanla Ermənistan arasında vasitəçiliyi davam etdirəcəkbackend

Gürcüstan Azərbaycanla Ermənistan arasında vasitəçiliyi davam etdirəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Gürcüstan Azərbaycan və Ermənistan arasında vasitəçi rolunu uğurla yerinə yetirdi”.

NOCOMMENT-in modern.az-a istinadən məlumatına görə, bunu Gürcüstanın baş naziri İrakli Qaribaşvili parlamentdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Gürcüstan bundan öncə bu cür rol oynamayıb: “Bu cür rollar adətən böyük dövlətlərə həvalə olunur. Bu, hər iki ölkə liderinin Gürcüstana etimadının ifadəsidir. Mən öz növbəmdə Gürcüstanın bundan sonra da bu prosesdə vasitəçi rolunu oynamağa davam edəcəyinə tam hazırlığını bir daha təsdiqləyirəm”.

Qaribaşvili Gürcüstanın Türkiyə ilə əlaqələrinin maksimal olaraq aktivləşdirildiyini də bəyan edib.

Onun sözlərinə görə, Türkiyənin Gürcüstanın strateji tərəfdaşı və bir nömrəli ticarət tərəfdaşıdır: “Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən iqtisadi-ticari əlqələrin daha da inkişaf etdirilməsinə hazırlıq ifadə olunub. Bu əlaqələrdə müsbət dinamika müşahidə edilir. Biz Türkiyə ilə ticarət dövriyyəsinin həcmini 3 milyard ABŞ dolları səviyyəsinə yüksəltmək istəyirik və bu yaxın illər üçün bizim vəzifələrimizdən biri olmalıdır. Bununla yanaşı, Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli format çərçivəsində də müzakirələr aparırıq”.

İ.Qaribaşvili bu il Gürcüstan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının toplantısının keçirilməsinin planlaşdırıldığını qeyd edib.

Hökumət başçısı Gürcüstanın Azərbaycan və Ermənistan arasında vasitəçiliyinə bir daha toxunub.

“Bizim prosesə cəlb olunmağımız və birbaşa iştirakımızla uğurlu vasitəçilik davam etdirilə bilər. Dost ölkələrə təklif etdiyimiz dialoq platforması Gürcüstanın özünü regionda sülh və sabitliyin əsas təşəbbüskarlarından biri kimi təsdiqləməsi üçün unikal şansdır”, – deyə Qaribaşvili bildirib.