Gürcüstan-Ermənistan yolu bağlandı – TƏHLÜKƏbackend

Gürcüstan-Ermənistan yolu bağlandı – TƏHLÜKƏ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan üçün strateji yol hesab olunan Gürcüstan-Ermənistan yolu bağlanıb.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar Departamenti məlumat yayıb.

Məlumata görə, Lars yolunun bağlanması mümkün uçqun təhlükəsi səbəbindən bağlanıb və bu qadağa bütün nəqliyyat növlərinə aiddir.

Qeyd edək ki, hazırda Ermənistanın Rusiyaya çıxışı yalnız bu yolla mümkündür. Rusiyadan Ermənistana yüklər məhz bu yol vasitəsilə daşınır.