Gürcüstan Fransada yeni seçkilərin keçirilməsini tələb edirbackend

Gürcüstan Fransada yeni seçkilərin keçirilməsini tələb edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib ki, yeni seçkilərin keçiriləcəyi təqdirdə Fransadakı siyasi böhrandan çıxmaq olar.

NOCOMMENT.az xəbər verir ki, bu barədə siyasətçi X sosial şəbəkəsindəki (keçmiş Twitter) səhifəsində yazıb.

Şalvanın sözlərinə görə, fransızların yarıdan çoxu Fransa prezidenti Emmanuel Makronun istefaya getməsinin tərəfdarıdır.

“Mən Fransanın işlərinə qarışmaq fikrində deyiləm, lakin fransızların 61%-i prezident Makronun istefasını dəstəkləyir, 50%-i isə Milli Assambleyanın buraxılmasını istəyir. Seçkilər siyasi böhranı həll etmək üçün həll yolu ola bilər”, – deyə Papuaşvili X-də yazır.

Bildirilib ki, Fransa prezidenti Rusiyanı qonşularına qarşı “aqressiv davranışda” ittiham edib. O, bəyan edib ki, 2024-cü ildə Gürcüstanda keçirilən parlament seçkiləri zamanı Rusiya qüvvələri seçki prosesini sabitliyi pozmağa cəhd edib.

Bundan əvvəl məlum olmuşdu ki, Gürcüstanın baş naziri İrakli Kobaxidze Makrona Ukraynanı izləməyi, Tbilisi və Moskva haqqında yalan danışmamağı tövsiyə edib.