Gürcüstan hakimiyyəti Saakaşvilinin partiyasının deputatlarını mandatdan məhrum edəcəkbackend

Gürcüstan hakimiyyəti Saakaşvilinin partiyasının deputatlarını mandatdan məhrum edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstan hakimiyyəti keçmiş prezident Mixail Saakaşvilinin “Vahid Milli Hərəkat” partiyasının fəaliyyətini konstitusiyaya zidd hesab etməyi planlaşdırır.

NOCOMMENT.az xəbər verir ki, bunu respublikanın baş naziri İrakli Kobaxidze deyib.

Kobaxidze partiyanın özündən başqa, Vahid Milli Hərəkatla birbaşa əlaqəsi olan digər siyasi təşkilatları da konstitusiyaya zidd kimi tanımaq niyyətindən danışıb.

“Siz də bilirsiniz ki, “Milli Hərəkat” kollektivinə “Axali”, “Girçi”, “Droa” daxildir. Bütün bu siyasətçilərin keçmişi və bu günü Milli Hərəkatla bağlıdır”, – deyə siyasətçi bildirib.

Onun sözlərinə görə, bütün bu hərəkatlar bir cinayətkar siyasi qüvvədir və onları pisləmək lazımdır.