Gürcüstan hökuməti koronavirus əleyhinə peyvənd sifariş veribbackend

Gürcüstan hökuməti koronavirus əleyhinə peyvənd sifariş verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstan hökuməti COVID-19 virusuna qarşı peyvənd almaq üçün Qlobal Peyvənd Alyansına rəsmi müraciət edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə jurnalistlərə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Mərkəzinin rəhbəri Amiranə Qamkrelidze məlumat verib.

Onun sözlərinə görə, artıq Gürcüstan əhalisinin 20 faizi və ya 700 min nəfəri üçün koronavirus əleyhinə peyvənd sifariş olunub.

Mərkəz rəhbəri deyib ki, koronavirus əleyhinə peyvənd tənzimləyici qurumlar və Ümumdünya Səhiyyə Təşkilatı təsdiq edəndən sonra alınacaq. “Peyvənd risk qrupunda olan insanlar üçün əlçatan olacaq”,- deyə Qamkrelidze vurğulayıb.
AZƏRTAC