Gürcüstan məhdudiyyətlərin müddətini uzatdıbackend

Gürcüstan məhdudiyyətlərin müddətini uzatdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanda hökumətinin fövqəladə vəziyyət elan olunmadan məhdudiyyətlər tətbiq etmək səlahiyyətinin müddəti 2021-ci ilin yanvarın 1-dək uzadılıb.

NOCOMMENT.az xəbər verir ki, parlament bununla bağlı “İctimai sağlamlıq” haqqında qanuna düzəlişlər layihəsini 79 səslə təsdiqləyib.

Qəbul olunan qanuna görə, hökumət bu ilin sonunadək vətəndaşların hərəkəti, onların iqtisadi fəaliyyətini məhdudlaşdıra, həmçinin kütləvi tədbirlərin keçirilməsini qadağa edə bilər. Hökumət həmçinin insanları karantin və ya özünütəcridə göndərmək hüququna da malik olacaq.

Qeyd edək ki, Gürcüstanda tərbiq olunan məhdudiyyətlər iyulun 15-də başa çatır.