Gürcüstan mətbuatı Ermənistanın Gəncəni raket atəşinə tutmasından yazırbackend

Gürcüstan mətbuatı Ermənistanın Gəncəni raket atəşinə tutmasından yazır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanın aparıcı kütləvi informasiya vasitələri işğalçı Ermənistanın Gəncə şəhərini raket atəşinə tutmasından yazır.

NOCOMMENT xəbər verir ki, report.ge, interpressnews.ge, 24News.ge, pia.ge, aktual.ge informasiya agentliklərinin Azərbaycan, rus, ingilis və gürcü dillərində yaydıqları materiallarda erməni işğalçı qüvvələrinin Azərbaycanın cəbhə xəttindən uzaqda yerləşən Gəncə və Mingəçevir şəhərlərini ballistik raket atəşinə tutması, dinc əhali arasında 13 nəfərin ölməsi və 40-dan çıx insanın yaralanması, yaşayış binalarının dağılması barədə oxuculara məlumatlar verilir.

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevə, Müdafiə və Xarici İşlər nazirliklərinə, eləcə də Baş Prokurorluğa istinadla yayılan məlumatlarda buna görə məsuliyyətin Ermənistan rəhbərliyinin üzərinə düşdüyü, bu cür halların təkrar olunmasının erməni terrorunun bariz nümunəsi olduğu diqqətə çatdırılır.

Bundan başqa, Gürcüstan mətbuatı Azərbaycan Ordusunun düşmənin xeyli sayda canlı qüvvəsini və hərbi texnikasını məhv etməsi barədə məlumatlar da verib.