Gürcüstan parlamenti istənilən halda toplanacaqbackend

Gürcüstan parlamenti istənilən halda toplanacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident Salome Zurabişvili ilk iclası təyin etməkdən imtina etsə belə, yeni çağırış Gürcüstan parlamenti yenə də toplaşacaq.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili brifinq zamanı bildirib.

“Görünür, xanım Salome görüş təyin etməyi planlaşdırmır. Fərq etməz, onuncu gündə seçkilərin nəticələrinin rəsmi yekunlaşdırılmasından sonra parlament iclas keçirməyə məcbur olacaq. Ona görə də o, təyin etməsə, parlament yenə də toplaşacaq”, – deyə o vurğulayıb.