Gürcüstan parlamenti LGBT təbliğatının qadağan edilməsini təsdiqləyibbackend

Gürcüstan parlamenti LGBT təbliğatının qadağan edilməsini təsdiqləyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstan parlamenti LGBT təbliğatını qadağan edən qanun layihəsini birinci oxunuşda təsdiqləyib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında” qanun layihəsinin qəbul edilməsinə 78 deputat 50 kvorumla səs verib. Müxalifət iclası boykot etdiyi üçün səsvermədə iştirak etməyib.

Qanun layihəsi kişi və qadının birliyindən başqa hər hansı nikahın qeydə alınmasına, habelə homoseksual cütlüklər tərəfindən uşaqların övladlığa götürülməsinə qadağaların müəyyən edilməsini nəzərdə tutur. Normativ aktda cinsiyyətin dəyişdirilməsi əməliyyatına qadağa qoyulması və bu cür əməllərə görə 1 ildən 4 ilədək müddətə azadlıqdan məhrum etmə növündə cinayət cəzasının tətbiqi də nəzərdə tutulur. Təhsil müəssisələrində LGBT təbliğatına görə fiziki şəxslər 1,5 min lari, hüquqi şəxslər isə 4 min lari cərimə ilə cəzalandırılacaq.

Bundan əlavə, qadağa televiziyada eyni cinsdən olan intim səhnələrin nümayişinə, yetkinlik yaşına çatmayanlar arasında cinsiyyətin dəyişdirilməsi və ya homoseksual münasibətlərə dair materialların yayılmasına və LGBT problemlərinin populyarlaşdırılmasına yönəlmiş nümayişlərə şamil edilir.