Gürcüstan parlamentində Azərbaycanla sərhəd məsələsi qaldırılıbbackend

Gürcüstan parlamentində Azərbaycanla sərhəd məsələsi qaldırılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstan parlamentinin iclasında Azərbaycanla dövlət sərhədinin delimitasiyası məsələsi qaldırılıb.

NOCOMMENT-in yerli bürosu xəbər verir ki, Xarici əlaqələr üzrə Komitənin sədri Nikoloz Samxaradze Gürcüstanın baş naziri vəzifəsini icra edən Giorgi Qaxariyaya sual ünvanlayıb.

O, istənilən dövlətin suverenliyinin müəyyən olunmuş sərhədlərdən başladığını bildirib.

“Biz 30 il ərzində qonşularımızla sərhədlərimizi müəyyən edə bilməmişik. Azərbaycan və Ermənistanla çox yaxşı münasibətlərimiz olsa da, sərhədlərin müəyyən edilməməsi hər zaman anlaşılmazlıq mənbəyi ola bilər. Mənə maraqlıdır, sizin və hökumətiniz üçün sərhədlərin delimitasiyası məsələsi nə qədər prioritet məsələdir və fikrinizcə, növbəti dörd il ərzində bu və ya digər qonşumuzla sərhədlə bağlı razılığa gəlinəcəyi nə qədər realdır?”, – deyə deputat soruşub.

Xatırladaq ki, qanunverici orqanda G.Qaxariyanın başçılıq edəcəyi yeni hökumətə etimad məsələsi müzakirə olunur.