Gürcüstan parlamentinin sədri istefa veribbackend

Gürcüstan parlamentinin sədri istefa verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstan parlamentinin sədri Kaxa Kuçava istefa verib.

NOCOMMENT report-a istinadən xəbər verir ki, bu barədə hakim Gürcü Arzusu Partiyasının sədri İrakli Kobaxidze keçirdiyi brifinqdə bildirib. Onun sözlərinə görə, spiker postunu Şalva Papuaşvili tutacaq.

Sədr K.Kuçavanın istefa səbəbini açıqlamayıb və onun qərarının hakim komandada məyusluq yaratdığını vurğulayıb.

Qeyd edək ki, K.Kuçava bu il aprelin 27-də parlament sədri seçilmişdi.