Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili LGBT təbliğatını qadağan edən qanunu imzalayıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Xəbərdə deyilir ki, Papuaşvili Gürcüstan prezidenti Salome Zurabişvilinin imzalamaqdan imtina etdiyi “Ailə dəyərlərinin və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında” qanunu imzalayıb. O, əlavə edib ki, qanun “indiki, müvəqqəti, dəyişən ideya və ideologiyaları” əks etdirmir, əksinə, tarixi təcrübəyə və qədim xristian, gürcü və Avropa dəyərlərinə əsaslanır.
Bundan əvvəl Zurabişvili LGBT təbliğatını qadağan edən qanunu təsdiqləməkdən imtina edib.