Gürcüstan prezidenti Qaribaşvilini baş nazir təyin etdibackend

Gürcüstan prezidenti Qaribaşvilini baş nazir təyin etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstan prezidenti Salome Zurabişvili İrakli Qaribaşvilinin baş nazir təyinat olunması haqqında sərəncam imzalayıb.

NOCOMMENT Sputnik Georgia-ya istinadən xəbər verir ki, sərəncamla Vaxtanq Qomelauri Gürcüstanın daxili işlər naziri, Mixail Çxenkeli təhsil, elm, mədəniyyət və idman naziri, Yekaterina Tikaradze Səhiyyə Nazirliyinin rəhbəri, Vano Maçavariani maliyyə naziri, David Zalkaliani Xarici İşlər Nazirliyinin başçısı, Qoça Lortkipanidze ədliyyə naziri, Levan Davitaşvili ətraf mühit və təbii resurslar naziri, Natiya Turnava iqtisadiyyat və davamlı inkişaf naziri olublar.

Daha əvvəl Gürcüstan parlamenti yeni hökuməti təsdiqləyib. Belə ki, 89 deputat yeni Nazirlər Kabinetinə etimad göstərib, 2 deputat bunun əleyhinə səs verib.