Gürcüstan SANKSİYA tətbiq olunacaq – SƏBƏBbackend

Gürcüstan SANKSİYA tətbiq olunacaq – SƏBƏB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir sıra Avropa Birlliyi ölkəsi Tiflisin “Xarici agentlər haqqında” qanunu qəbul etməsinə cavab olaraq Gürcüstana qarşı məhdudlaşdırıcı tədbirlərin görülməsində israrlıdır.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Faynənşl Tayms” rəsmilərə istinadən məlumat yayıb. Bildirilib ki, Niderland, Çexiya, İsveç və Estoniya gələn həftə AB xarici işlər nazirlərinin qarşıdan gələn görüşündə antigürcüstan sanksiyalarının tətbiqi imkanlarını müzakirə etmək təşəbbüsü ilə çıxış edir.

Müzakirə üçün təklif olunan tədbirlər arasında Gürcüstan vətəndaşlarına AB-yə vizasız rejimin ləğvi, məqsədyönlü sanksiyalar və AB-nin vəsaitlərinin dondurulması da var.

Məlumatda Avropa paytaxtlarında Gürcüstan hökumətinə qarşı müxtəlif təzyiq tədbirlərinin də nəzərdən keçirildiyi vurğulanıb.