Gürcüstan parlamenti cümə axşamı “Milli təhlükəsizlik siyasətinin planlaşdırılması və əlaqələndirilməsi haqqında” qanuna dəyişiklikləri üçüncü və son oxunuşda qəbul edərək Təhlükəsizlik Şurasını ləğv edib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə qanunverici orqanın mətbuat xidməti məlumat yayıb.
Qəbul edilən dəyişikliyə əsasən, 2025-ci il sentyabrın 1-dən etibarən Gürcüstanın Milli Təhlükəsizlik Şurası ləğv ediləcək. Bu qərarı parlamentin 83 deputatı dəstəkləyib. Şuranın ləğvi üçün xüsusi komissiya yaradılacaq.
Bundan əlavə, hakim “Gürcü Arzusu” partiyasından olan 83 deputat “Söz və ifadə azadlığı haqqında” qanunun yeni redaksiyasını da üçüncü və son oxunuşda dəstəkləyib. Qanunda dəyişikliklər böhtan və ya “ad və işgüzar nüfuzu ləkələyən” məlumatların yayılmasına görə məsuliyyət məsələsini əhatə edir.