Gürcüstan Türkiyəyə 60 xilasedici göndərdibackend

Gürcüstan Türkiyəyə 60 xilasedici göndərdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstan Türkiyədə baş verən zəlzələnin nəticələrini aradan qaldırmağa kömək etmək üçün 60 xilasedici göndərib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Xilasedicilər qrupu Baş nazir İrakli Qaribaşvilinin qərarı ilə müvafiq avadanlıqlarla birlikdə Türkiyəyə yola salınıb. Qrupa şəxsən Gürcüstanın Fövqəladə Halların İdarəetməsi Xidmətinin rəisi Teymuraz Mğebrişvili rəhbərlik edəcək.

Xatırladaq ki, gecə saatlarında Türkiyənin Kahramanmaraş bölgəsində 7,4 bal, Qaziantepdə isə 6,5-6,4 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət zamanı Malatya, Diyarbakır, Adana, Hatay, Kilis və Osmaniye vilayətlərində binalar dağılıb. Son məlumatlara görə, hadisə nəticəsində 912 nəfər həyatını itirib, 5385 nəfər isə yaralıdır. Habelə təbii fəlakət zamanı 2818 bina dağılıb.

Bundan sonra gün ərzində Kahramanmaraşda 7.8 bal gücündə daha bir zəlzələ olub və 76 nəfər həyatını itirib. Xeyli sayda yaralı var. Malatya və Adanada isə 5.8 və 6.1 bal gücündə zəlzələ olub.

Hazırda zəlzələ nəticəsində həyatını itirənlərin ümumi sayı 1121 nəfər, yaralıların sayı isə 7634 nəfər təşkil edir.