Gürcüstan üçün Aİ-nin qapısı BAĞLANA BİLƏRbackend

Gürcüstan üçün Aİ-nin qapısı BAĞLANA BİLƏR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstan üçün Avropa İttifaqının qapısı bağlana bilər.

NOCOMMENT.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Avtopa İtifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrell bildirib.

Ali nümayəndənin sözlərinə görə, Tbilisinin addımlarının nəticəsi Gürcüstan üçün yaxşı heç nə vəd etmir:

“İşlər belə davam edərsə, Avropa Birliyinin qapısı Gürcüstan üçün açıq olmayacaq. Bunun əvəzini Gürcüstan xalqı ödəyəcək. Lakin bu gün konkret qərarlar gözləməyin, bu yalnız siyasi yönümlü müzakirələrdir. Ancaq qısa müddətdə görülə biləcək tədbirlər var.

Məsələn, Avropa Sülh Fondu vasitəsilə dəstəyi dayandırmaq və ya yüksək səviyyəli siyasi əlaqələrin dayandırılması qərarlar arasında ola bilər. Birbaşa hökumətə gedən maliyyə dəstəyinin bir hissəsini dayandırmaq da nəzərdən keçirilə bilər. Biz mülki şəxsləri hədəfə almaq istəmirik. Çünki məhdudiyyətlər yerli sakinlərə təsir etməməlidir”.