NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Avropa Xarici Fəaliyyət Xidmətinin Şərq Tərəfdaşlığı üzrə xüsusi nümayəndəsi Dirk Şubel bildirib ki, Gürcüstan Avropa İttifaqına üzv olacaq. Onun sözlərini TASS sitat gətirir.
“Avropa İttifaqı Gürcüstanın yanındadır və biz şübhə etmirik ki, gələcəkdə bu ölkənin Avropa İttifaqının üzvü olacaq”, – Şubel bildirib.
O qeyd edib ki, hazırda Brüsseldə Gürcüstanın Aİ tövsiyələrini yerinə yetirməsi ilə bağlı Avropa Komissiyasının hesabatı üzərində yekun iş gedir. Hesabatın noyabrın 8-də açıqlanması gözlənilir.
Bundan əvvəl Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili bildirmişdi ki, Avropa İttifaqı və NATO Gürcüstandan Rusiyaya qarşı iqtisadi sanksiyalar tətbiq etməyi tələb etmir. Əgər bu ölkələrin birlikləri Tbilisidən bunu tələb edirdisə, onun fikrincə, o zaman ölkəyə eyni zamanda “hərbi və iqtisadi təhlükəsizlik zəmanəti də verilməli idi”.