Gürcüstana getmək istəyənlərə AZAL-dan vacib xəbərbackend

Gürcüstana getmək istəyənlərə AZAL-dan vacib xəbər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyunun 1-dən xarici vətəndaşlar Gürcüstan ərazisinə yalnız səyahət sığortası ilə giriş edə biləcəklər.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Azərbaycan Hava Yolları QSC məlumat yayıb.

“Əgər Gürcüstanda nəzərdə tutduğunuz müddətdən artıq qalırsınızsa, sığortanın müddətini onlayn uzada və yaxud Gürcüstandakı sığorta şirkətlərindən sığorta ala bilərsiniz”, – deyə məlumatda qeyd edilib.

Qurum sərnişinlərdən yeni qaydaları nəzərə almağı xahiş edir.