Gürcüstana səfər edəcək turistlərdən bunlar tələb oluna bilərbackend

Gürcüstana səfər edəcək turistlərdən bunlar tələb oluna bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstana səfər edəcək əcnəbi turistlərdən onlarda koronavirusun olmadığını təsdiqləyən tibbi arayış tələb oluna bilər.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Turizm Administrasiyasının rəhbəri Mariam Kvrivişvili “Palitranews” kanalına bildirib.

Onun sözlərinə görə, Ümumdünya Turizm Təşkilatı mayın 25-də turist səfərləri üçün tövsiyələr təqdim edəcək.

M.Kvrivişili deyib ki, Gürcüstan strateji hədəf ölkələrlə sıx əməkdaşlıq edir: “Həmin ölkələr və Gürcüstan arasında təhlükəsiz dəhlizin formatı barədə razılıq əldə ediləcək. Dəhliz vasitəsilə turistlərin qarşılıqlı səfərləri mümkün olacaq”.

Qeyd edək ki, Gürcüstan iyulun 1-dən xarici turistləri qəbul etməyə hazırlaşır.