Gürcüstanda azərbaycanlıların yaşadığı kəndlər koronavirusla bağlı “qaynar nöqtə”lərə çevrilibbackend

Gürcüstanda azərbaycanlıların yaşadığı kəndlər koronavirusla bağlı “qaynar nöqtə”lərə çevrilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanın Bolnisi rayonunda azərbaycanlıların yaşadıqları Muşevani (Dəllər) və Geta (Aşağı Güləver) kəndləri “qaynar nöqtə”lər olaraq qalır.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib.

Onun sözlərinə görə, hər iki kənddə minə yaxın insan koronavirusla bağlı test olunub: “Muşevanidə 51, Getada isə 18 sakində virus aşkarlanıb”.

Qeyd edək ki, Bolnisidə COVID-19-a yoluxanların ümumi sayı 160 nəfərdir. Onların 66-sı artıq sağalıb, 3-ü isə dünyasını dəyişib.   Report