Gürcüstanda bankda 12 nəfəri girov götürən şəxs helikopter və Rusiya bayrağı istəyibbackend

Gürcüstanda bankda 12 nəfəri girov götürən şəxs helikopter və Rusiya bayrağı istəyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanın Kutaisi şəhərində silahlı bir şəxs banka hücum edib.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyi “Gürcüstan Bankı”nda 12 nəfərin girov götürüldüyünü açıqlayıb.

“Hüquq-mühafizə orqanları onların sürətli və təhlükəsiz azad edilməsi üçün bütün lazımi tədbirləri görürlər”, – deyə məlumatda bildirilib.

Soyğunçu üç saat ərzində ona 2 milyon dolların verilməsini istəyib. Daha sonra cinayətkar yeni tələblər irəli sürüb. O, helikopter, tilov və Rusiya bayrağı istəyib.

İlkin ehtimala görə, cinayətkar bank filialında partlayıcı qurğu quraşdırıb.