Gürcüstanda benzinin qiyməti bahalaşdıbackend

Gürcüstanda benzinin qiyməti bahalaşdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanda son günlər bütün yanacaq növlərinin qiymətlərində artım qeydə alınıb.

NOCOMMENT.az xəbər verir ki, hazırda Gürcüstanda bəzi yanacaqdoldurma məntəqələrində benzinin qiyməti növündən asılı olaraq 2,94 laridən 3,17 lariyədək dəyişir.

On gün bundan əvvəl “Regular 92” markalı benzinin orta qiyməti 2,82 lari olub. Bu gün isə bu növ benzin 2,94 lariyə satılır. “Super” markalı benzin isə əvvəllər 3,10 lariyə təklif edildiyi halda indi avtomobil sahiblərinə 3,17 lariyə satılır.

Ölkədə maye qazın (LPG) qiyməti də artıb. Əvvəlcə 1,9 lariyə satılan LPG indi 2 lariyə bərabərdir.

Bəzi məlumatlara görə, ölkədə yanacağın qiymətinin artımı milli valyuta – GEL-in dollara nisbətdə ucuzlaşması və beynəlxalq bazarlarda benzinin qiymətinin bahalaşması ilə əlaqələndirilir.

Ekspertlərin fikrincə ölkədə gündəlik tələbat mallarının, təbii qazın və elektrik enerjisinin qiymətinin də bahalaşacağı gözlənilir.