Gürcüstanda etiraz aksiyalarında saxlanılanların sayı artıbbackend

Gürcüstanda etiraz aksiyalarında saxlanılanların sayı artıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanda “Xarici təsirin şəffaflığı haqqında” qanuna qarşı nümayişlər ikinci gün də davam edib.

NOCOMMENT.az xəbər verir ki, paytaxt Tbilisidə parlament binası qarşısına toplaşan nümayişçilər binanı yandırmağa cəhd edib, şüşələri sındırıb, baryerləri zədələyiblər.

“Ruslar” və “qullar” şüarları səsləndirən yüzlərlə nümayişçilərə polis təzyiqli su və gözyaşardıcı qazla müdaxilə edib.

Məlumata görə etirazların ikinci günündə daha 67 nəfər saxlanılaraq ümumi say 133-ə yüksəlib.

NOCOMMENT.AZ