Gürcüstanda etiraz aksiyası keçirən 66 nəfər saxlanıldıbackend

Gürcüstanda etiraz aksiyası keçirən 66 nəfər saxlanıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanda mətbuat azadlığını məhdudlaşdıracağı və qeyri-hökumət təşkilatlarını sıxışdıracağı səbəbiylə tənqidlərə səbəb olan yeni qanuna qarşı parlament qarşısında keçirilən aksiyada 66 nəfərin saxlanıldığı bildirilib.

NOCOMMENT.az xəbər verir ki, aksiyada 50-yə yaxın polisin yaralandığı açıqlanıb.

Bu barədə Gürcüstan Daxili işlər nazirliyi məlumat yayıb:

“Etirazçılar qanunda ifadə azadlığı və dinc nümayiş üçün nəzərdə tutulmuş çərçivədən kənara çıxaraq zorakılığa əl atıblar. Polis bəzən güc tətbiq etmək məcburiyyətində qalıb.”

Nümayişçilərin binanı yandırmağa cəhd etdikləri, daş atdıqları, şüşələri sındırdıqları, baryerləri zədələdikləri bildirilib. Parlament binası yaxınlığında toplaşanlar binanın girişlərini bağlamağa çalışsalar da, polis buna imkan verməyib.

NOCOMMENT.AZ