Gürcüstanda etirazçılar aclıq aksiyasına başlayıblarbackend

Gürcüstanda etirazçılar aclıq aksiyasına başlayıblar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanda onlayn kazinolara xidmət göstərən Evolution şirkətinin əməkdaşları etiraz edərək aclıq aksiyasına başlayıblar.

NOCOMMENT.az-ın məlumatına görə, bu barədə Sputnik Gürcüstan məlumat yayıb.

Evolution-da işləyən gürcü tələbələr Tbilisidə bir aydan çoxdur tətil edirlər . “Onlar hakimiyyəti dərhal prosesə cəlb etməyə çağırırlar, çünki onların fikrincə, Gürcüstanda 19-20 yaşlı insanlar layiqli iş şəraiti naminə aclıq çəkirlər”, – deyə nəşr yazır.

Aksiya iştirakçılarının tələbləri təhlükəsiz və rahat iş şəraitinin yaradılması, iş yerlərində sanitar-gigiyenik şəraitin yaxşılaşdırılması və sığorta ödənişlərinin artırılmasıdır.

Gürcüstanın Ombudsmanı Levan İoseliani Evolution Georgia şirkətinin tətil edən əməkdaşları ilə görüşüb, işçilər ona iş şəraiti və etiraz tələblərini təqdim ediblər.

Bundan əvvəl Gürcüstanın hakim partiyası xarici dövlətləri ölkənin daxili işlərinə qarışmamağa çağırıb.