Gürcüstanda etirazlar davam edirbackend

Gürcüstanda etirazlar davam edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanda etiraz aksiyaları davam edir.

NOCOMMENT.az “Azadlıq radiosu”nun Gürcüstan xidmətinə istinadla xəbər verir ki, xüsusi təyinatlılar gecə boyu paytaxtın Rustaveli prospektində zorakılıq tətbiq edərək etiraz aksiyalarını dağıtmağa çalışıb.

“Polis “Rustaveli” metrostansiyasının yuxarı vestibülündə bir neçə nümayişçini həbs edərək döyüb”, – nəşr yazıb.

Qeyd edək ki, ötən axşam parlament binası yaxınlığında növbəti etiraz aksiyası başlayıb. Aksiya iştirakçılarının parlament binasına yaxınlaşmasının qarşısını almaq üçün polis onlara qarşı su şırnağından istifadə edib.

Etiraz aksiyasını dağıtmağın aktiv mərhələsi bu gecə saat 02:00-da başlayıb. Təhlükəsizlik qüvvələri gözyaşardıcı qaz, şırnaqlı su və bibər qazından istifadə edib. Bundan sonra səhər saat 06:30-a qədər etirazçılar Rustaveli prospektinin iki hissəsində barrikadalar qurub, tonqallar yandırıblar.

Xüsusi təyinatlılar nümayişçilərin bir qismini saxlamaq üçün gözyaşardıcı qazdan istifadə ediblər. Saxlanılanların sayı hələlik məlum deyil.

Son dörd gün ərzində Tbilisidə davam edən etiraz aksiyalarında 200-dən çox adam saxlanılıb.

Xatırladaq ki, noyabrın 29-da Gürcüstanın baş naziri İrakli Kobaxidzenin ölkəsinin Avropaya inteqrasiya prosesini 2028-ci ilə qədər dayandırdığını bildirməsindən sonra paytaxtda və digər şəhərlərdə kütləvi etiraz aksiyaları keçirilir.