Gürcüstanda etirazlar – Polis bir neçə nəfəri saxlayıbbackend

Gürcüstanda etirazlar – Polis bir neçə nəfəri saxlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanda “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə etiraz əlaməti olaraq keçirilən aksiyanın bir neçə iştirakçısı saxlanılıb.

NOCOMMENT.az xəbər verir ki, saxlanılmalar polislərin prospektin hərəkət hissəsini azad etməsi tələbindən sonra başlayıb.

Bundan əvvəl etiraz aksiyasının iki yüzə yaxın iştirakçısı qanunsuz odlu silah saxlamaqda ittiham olunan müxalif bloqer Uçi Abaşidzenin evində toplaşıb. Müxalifət nümayəndələri jurnalistlərə bildiriblər ki, bloqerin evinə silah atan polislər olub.

Son iki gündə naməlum şəxslər bir sıra müxalifətçilərə hücum edib. Yaralanan etirazçılar ağır xəsarətlərlə tibb müəssisələrinə aparılıb. Polis hücumlarla bağlı araşdırma aparmağa başlayıb.