Gürcüstanda etirazlar yenidən ALOVLANIBbackend

Gürcüstanda etirazlar yenidən ALOVLANIB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanın paytaxtı Tbilisinin mərkəzində xarici agentlər haqqında qanun layihəsinin əleyhdarları yenidən etiraz aksiyası keçiriliblər.

NOCOMMENT.az xəbər verir ki, parlament binasının yerləşdiyi Rustaveli prospekti bağlanıb.

Etirazçılar bütün gecəni qanunverici orqanın qarşısında olublar. Əraziyə əlavə polis qüvvələri səfərbər edilib. Səhər saatlarından polis etirazçıları parlament binasından uzaqlaşdırmağa başlayıb.

Nümayişçilər polisin əmrinə tabe olmaqdan imtina edirlər, polislə qarşıdurma yaşanır. Saxlanılanlar barədə məlumat verilmir.