Gürcüstanda “exit-poll”un nəticəsi AÇIQLANDIbackend

Gürcüstanda “exit-poll”un nəticəsi AÇIQLANDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanın “Gorby” təşkilatı yerli seçkilərdə apardığı “exit-poll”un nəticələrini açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, “exit-poll”u “İmedi” telekanalı sifariş edib.

Saat 18:00-a olan nəticələrə əsasən, “Gürcü Arzusu” Partiyası 47,6 %, Vahid Milli Hərəkat Partiyası (VMHP) 27,1 %, “Gürcüstan naminə” partiyası 6,8 % səs əldə edib.

Tbilisi mer seçkilərində isə ilk yeri 51,3 %-lə “Gürcü Arzusu”nun namizədi Kaxa Kaladze tutub. İkinci və üçüncü yerlərdə isə VMHP-nin namizədi Nika Meliya (34,6 %) və Giorgi Qaxariyadır (5,6 %).

“Gürcü Arzusu”nun tərəfdarları partiyanın Tbilisidəki baş qərargahı qarşısına toplaşıb. Gürcüstanın Baş naziri İrakli Qaribaşvili çıxış edərək seçicilərə təşəkkürünü bildirib: “Bu qələbə bütün Gürcüstana məxsusdur. Seçicilərimiz və tərəfdarlarımıza minnətdarlığımı bildirirəm”.