Gürcüstanda gecə saatlarında ard-arda zəlzələ olubbackend

Gürcüstanda gecə saatlarında ard-arda zəlzələ olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanda gecə saatlarında ard-arda iki dəfə zəlzələ olub.

NOCOMMENT.az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Bildirilir ki, yeraltı təkanlar Samtsxe-Cavaxetiya regionunun Ninotsminda şəhərindən 24 kilometr aralıda, Sameba kəndi yaxınlığında qeydə alınıb.

Birinci təkanlar 4 bal, ikincisi isə 3,5 bal gücündə olub.

Dağıntı və tələfat barədə məlumat verilmir.