Gürcüstanda həbsdə olan Azərbaycan vətəndaşlarının sayı açıqlanıbbackend

Gürcüstanda həbsdə olan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hazırda Gürcüstan həbsxanalarında Azərbaycan vətəndaşı olan 108 nəfər saxlanılır.

NOCOMMENT report-a istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İdarəsinin oktyabr ayı üzrə hesabatında bildirilib.

Sənədə əsasən, aylıq müqayisədə qonşu ölkədə həbs cəzası çəkən Azərbaycan vətəndaşlarının sayı 2 nəfər azalıb.

İttiham olunan 11 vətəndaşın 7-si kişi, 4-ü isə yeniyetmədir. Məhkumların sayı isə 86-sı kişi, 11-i qadın olmaqla 97-dir.

Hesabatda qeyd olunub ki, Gürcüstanda probasiya nəzarətində olan əcnəbilərin 30-u Azərbaycan vətəndaşıdır. Onların 29-u kişi, 1-i qadındır.